Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Əlimirzəyeva Vəfa xanımı 50 yaşı münasibətilə təbrik edirik!


Əlimirzəyeva Vəfa Fərhad qızı 15 iyul 1971-ci ildə Qəbələ şəhərində anadan olmuşdur.1978-ci ildə Bakı şəhərində 20 saylı orta məktəbin birinci sinifinə getmiş, 1988-ci ildə həmin məktəbi bitirmişdir.

1993-cü ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda mühasib vəzifəsində çalışmağa başlamışdır.

1998 – 1999-cu illərdə Dövlət Əmlak Komitəsində məsləhətçi vəzifəsində işləmişdir.

2000-ci ilindən hal-hazırkı vaxta kimi Riyaziyyat və Mexanika İnstitutunda işləyir.

Vəfa Əlimirzəyevaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər calışdığı kollektivdə ona böyük hörmət  qazandırmışdır.

İnstitutun kollektivi Vəfa xanımı 50 yaşı tamam olması münasıbətılə təbrik edir, ona həyatında ən dəyərlı nemət olan can sağlığı, sevinc dolu günlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    509862

  • Sağalan

    481696

  • Yeni yoluxan

    2005

  • Aktiv xəstə

    21337

  • Ölüm halı

    6829

  • Test edilib

    5,069,352

Faydalı linklər