Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi müəyyənləşib.


AMEA- nın Riyaziyyat və Mexanika institutunun əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev Gənc alim və mütəxəssislər şurasının sədr müavini seçilib. Seçki Gənc alim və mütəxəssilər şurasının iclasında açıq səsvermə yolu ilə keçirilib. AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Şuranın sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev və Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva isə sədr müavinləri seçiliblər.

İclasda AMEA prezidenti, akademik Akif Əlizadə ölkəmizdə gənc alimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb. Bildirib ki, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Akademik Akif Əlizadə Gənc alim və mütəxəssislər şurasının elmi nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, Gənc alim və mütəxəssislər şurası AMEA-nın Rəyasət Heyətində yeni yaradılıb.

İnstitutumuzun əməkdaşı gənc alim Famil Seyfullayevi qazandığı nailiyyətə görə təbrik edirik.

Faydalı linklər