Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 04 sentyabr 2013-cü il tarixli 9 saylı iclasında aşağıdakı məsələlər müzakirə olunmuşdur


1. AMEA-nın elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi haqqında (AMEA RH-nin Sərəncamı №148, 18.07.2013).
Sərəncamda deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 03 iyul 2013-cü il tarixli 18/14 № -li qərarı ilə AMEA elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə komissiya (bundan sonra – Qiymətləndirmə komissiyası) yaradılmışdır. Qiymətləndirmə komissiyası tərəfindən AMEA-nın elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün meyarlar hazırlanmışdır. AMEA-nın elmi müəssisələrinin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, o cümlədən, elmi işçilərin əsərlərinin hansı beynəlxalq elmi jurnallarda çap olunmasını, onlara olan isnadların sayını, dünyanın nüfuzlu elmi mərkəzləri və nəşriyyatları ilə əməkdaşlıqlarını, xarici alim və mütəxəssislərlə birgə tədqiqatların, beynəlxalq qrantlarda iştiraklarını müəyyənləşdirmək məqsədilə:
a) AMEA-nın elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün meyarlar qəbul edilmişdir (əlavə edilir).
b) Elmi müəssisələrin rəhbərlərinə tapşırılsın ki, institutun elmi fəaliyyəti haqqında 2008-2013-cü illəri əhatə edən məlumatlar qiymətləndirmə meyarlarına uyğun hazırlanıb 2013-cü il sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Elmi Təşkilat İdarəsinə təqdim edilməlidir.
AMEA Rəyasət Heyetinin 18 iyul 2013-ci il tarixli l48 nömrəli sərəncamına əlavə

2. Azərbaycan Respublikası Prezidentinin “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” fərmanın icrası barədə (AMEA RH-nin Sərəncamı №177, 29.07.2013).
Azərbaycan Respublikasının Prezidenti “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” 02 iyul 2013-cü il tarixli 934 №-li fərman imzalamışdır.
Fərmanın 1-ci bəndinə əsasən elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilməklə, altı ədəd 10 000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilmişdir. Bundan əlavə, fərmanın 2-ci bəndi ilə “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” təsis edilmişdir.

3. Avropa ölkələrində doktorantura təhsili haqqında (AMEA RH-nin Qərarı №18/13, 03.07.2013).
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 09 fevral 2010-cu il tarixli 719№-li sərəncamının icrası ilə əlaqədar AMEA-nın elmi müəssəsisə və təşkilatlarından müsabiqə əsasında 14 nəfər gənc alim seçilərək Avropa ölkələrinin nüfuzlu elmi mərkəzlərində doktorantura təhsili alması üçün artıq göndərilmişdir. Dövlət başçısının tapşırığına əsasən gənc alimlərin xarici ölkələrin nüfuzlu elm mərkəzlərində doktorantura təhsili alması, müasir standartlara uyğun elmi tədqiqatlar aparması ölkəmizin elmi kadr potensialının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir.
Yeni təhsil ili üçün xaricdə doktoranturaya göndəriləcək gənc elmi işçilərin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elıan edilib.
4Cari məsələ: “Gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası” 16-21 sentyabr 2013-cü il tarixində Novxanı, Olimpik Hoteldə keçiriləcəkdir.

“Gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası” adlı tədbirdə AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alim, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar iştirak edə bilərlər. Tədbirdə iştirak etmək istəyən gənc alim və tədqiqatçılar anket formasını doldurub təşkilat komitəsinə elektron formada, (tezislər 2 səh. və Times New Roman ə, 14 ölçüdə, üzərində iddiaçının adı, soyadı, iş və ya təhsil aldığı müəssisə, telefon və elektron poçt ünvanı yazılmaqla)) [email protected]ünvanına 12 sentyabr 2013-cü il saat 18.00 tarixinə qədər göndərə bilərlər. (Anket formasının elektron variantını www.strategiya.az veb  səhifəsindən əldə etmək olar).

Faydalı linklər