Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S. Guliyev Çin Respublikasında elmi ezamiyyətdə olmuşdur.


XÜLASƏ

AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S. Guliyev Çin Respublikasının Pekin Normal Universitetinin professoru Dachun Yangın dəvəti ilə birgə elmi araşdırmalar aparmaq məqsədi ilə 14 Noyabr 2013 il tarixindən 01 Dekabr tarixinə kimi Pekin Normal Universitetində (Pekin ş., Çin Respublikası)15 gün elmi ezamiyyətdə olmuşdur. Prof. Dachun Yang harmonik analizin müasir problemləri və funksional fəzalar nəzəriyyəsində dünyada ən öndə olan riyaziyyatçılardan biridir. Uzun müddət ərzində Harmonik Analizin inteqral operatorlarının Morri tipli fəzalarda məhdudluğu problemləri ətrafında apardığımız müvəfəqiyyətli araşdırmaların nəticəsi olaraq baxılan məsələlərin Musielak-Orlicz Morri və Kampanato fəzalarında araşdırılması aktual problem kimi müzakirə olunmuş, bu problemin həlli ətrafında ciddi müzakirələr aparılmış və bu məsələlərin birgə araşdırılmasına başlanmışdır.

Bu müddət ərzində prof. Vaqif S. Guliyev Pekin Normal Universitetinin Riyaziyyat bölümündə (School of Mathematics) iki seminar vermişdir:

1) Boundedness of the classical integral operators and their multilinearcommutators of real analysis ingeneralized weighted Morrey spaces. Some applications, 22 November 2013

2) Classical Operators of Harmonic Analysis in Generalized Orlicz-Morreyand Generalized Weighted Orlicz-Morrey spaces , 26 November 2013

Bu səfər müddətində Pekin Normal Universitetində çalışan alimlərlə , o cümlədən Prof. Yong Ding (Çin), Prof. Euro Saksman (Finlandiya), Prof. Kozo Yabuta (Yaponiya), Prof. Luong Dang Ku (Vyetnam), Prof. Kwok Pun Victor Ho (Hong Kong) elmi diskussiyalar aparmışdır. Həmçinin dönüşdə 02.12.2013-06.12.2013 tarixlərində Türkiyənin Ankara Universitetində (Ankara ş.) Ankara Universitetinin professoru Ayhan Serbetci ilə son illər apardığı birgə elmi araşdırmaları da davam etdirmişdir.

Faydalı linklər