Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

28 fevral 2014-cü ildə AMEA Riyaziyyat və Mexnaika İnstitutunda institutun direktoru f.r.e.d., prof. Misir Mərdanov Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət heyətinin üzvü RTEA-nın akademiki t.e.d. Əzizağa Şahverdiyev ilə görüşü olmuşdur.


Görüş AMEA RMİ və RTEA-nın nəzdində olan Neftqaz Proseslərinin Sistemli Tədqiqatlar İnstitutu arasında bağlanmış saziş çərçivəsində keçirilmiş və bir çox birgə elmi əlaqələr əsasında aşağıdakı məsələlər müzakirə edilmişdir.

  • Qarşılıqlı surətdə elmi məqalələrin müvafiq Akademiya İnstitutlarının buraxdığı elmi jurnallarda nəşr etmək;
  • Azərbaycan, Rusiya Federasiyası, Çin Xalq Respublikası alimlərinin birgə elmi seminarlarını təşkil etmək;
  • 2014-cü ildə AMEA RMİ-də keçiriləcək Beynəlxalq elmi konfranslarda RTEA əməkdaşlarının istirakı;
  • Dünyada yaşayan Azərbaycan alimlərinin internet bazasının yaradılmasında birgə işin aparılması;
  • Akademik Azad Mirzəcanzadənin həyat və yaradıcılığı haqqında birgə kitab hazırlamaq;

Faydalı linklər