Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S.Guliyev 24.02.2014-07.03.2014 tarixlərində Türkiyənin Ankara Universitetində elmi ezamiyyətdə olmuşdur.


“Riyazi analiz” şöbəsinin baş elmi işçisi,  f.-r.e.d., prof. Vaqif S.Guliyev Türkiyənin Ankara Universiteti Matematik bölümündə (Ankara ş.) Ankara Universitetinin professoru Ayhan Serbetci, Kardif və Euroasian Universitetlərinin professoru  Viktor Burenkov və Kardif Universitetinin dosenti Dr. Tamara Tararykova ilə birgə elmi arashdırmalar aparmaq üçün 24.02.2014-07.03.2014 tarixlərində Ankara Universitetində elmi ezamiyyətdə olmuş və “Kəsir Hardi operatorunun Morri-tipli fəzalarda məhdudluğu” mövzusunda birgə elmi araşdırmalar aparmışdır. Bu araşdırma TUBİTAK tərəfindən dəstəlkənərək gerçəkləşmişdir.

26 Fevral  saat 15-30 da Ankara Universitetinin Matematik bölumunun seminarında prof.  Viktor Burenkovun: “Interpolation theorems for local Morrey-type spaces and their generalizations” movzusunda çıxışı oldu. Seminar öncəsi Vaqif S.Guliyevə giriş üçün söz verildi və 15 dəqiqəlik çıxışını bu gün Xocalı soyqırımının 22-ci ildönümü olduğunu bildirib, Xocalı faciəsi barədə seminar iştirakçılarına 5 dəqiqə bilgi verib və sonra 1 dəqiqəlik sükut ilə Xocalı şəhidlərimizi anmagı rica etmişdir və bütün salon  ayağa qalxıb şəhidlərimizi 1 dəqıqəlik sükut ilə anmışdır. Sonra 1994-cü ildə Stekov Institutunun elmi şurasında müdafiə etdiyi doktorluk dissertasıyasında daxil etdiyi və araşdırdığı lokal Morrey-tipli fəzalarda olan araşdırmalar barədə giriş bilgilər vermişdir.

03 Mart saat 15:30 da Ankara Universitetinin Matematik bölumunun seminarında  Vaqif S.Guliyevin “On the local and global Morrey-type spaces” movzusunda çıxışı olmuşdur.

Bu müddətdə Vaqif S.Guliyev Ankara Universiteti Matematik bölümündə fəlsəfə doktoru tələbələrinin illik hesabatlarını da dinləniyib və tövsiyələrini vermişdir. Həmçinin o, bu səfər müddətində Ankara Universitetində çalışan bilim insanlari ilə,  o cümlədən Prof. Dr. Hilmi Hacisalihoğlu, Prof. Dr. A. Serbetci, Prof. Dr. E. İbikli, Prof. Dr. Y. Yaylı, Prof. Dr. C. Orhan, Dos. Dr. C. Coşkun və  başqaları ilə elmi diskussiyalar aparmışdır.

Faydalı linklər