Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün AMEA-nın Gənc alim və mütəxəssilər şurasının üzvləri Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri ilə görüş keçirdilər.


Görüşün gənc alimlərin problemlərinin aradan qaldırılması və təkliflərinin gerçəkləşdirilməsi məqsədilə təşkil edildiyini söyləyən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov tədbir iştirakçılarına Şura haqqında ətraflı məlumat verdi. Gənc alim və mütəxəssilər şurasının sədr müavini, Riyaziyyat və Mexanika İnstitutu üzrə sədri,  riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev institutun gənc alimləri haqqında statistik məlumat verdikdən sonra gənclərin təklifləri və iradları dinlənildi.
Tədbirdə gənclərin maddi durumunun yaxşılaşdırılması, İKT sahəsində biliklərinin artırılması, qrant layihələrində daha fəal iştirak etmələri üçün münbit şəraitin yaradılması məsələləri müzakirə edildi.
Daha sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru  Misir Mərdanov Gənc alim və mütəxəssislər şurasının idarə heyyəti ilə görüş keçirdi. O, belə bir şuranın yaradılmasının təqdirəlayiq hal olduğunu və gənclərin fəallığının yüksəldilməsinə hərtərəfli yardım edəcəyini vurğaladı. Gənclərin elmə marağının artırılması məqsədilə öz təkliflərini şura üzvlərinə bildirdi.

Faydalı linklər