Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş “Riyaziyyatın və Astronomiyanın Tarixi, Mövcud Durumu və Gələcəyə Baxiş” mövzusunda beynəlxalq konfrans.10-12 sentyabr, 2014, Bakı, Azərbaycan.

KONFRANS HAQQINDA

Bu il ensiklopedik alim Nəsirəddin Tusinin vəfatından 740 il keçir. Bununla əlaqədar AMEA Rəyasət Heyətinin qərarı ilə, Riyaziyyat və Mexanika İnstitutu, Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedoqoji Universiteti və Azərbaycan Universiteti dahi mütəfəkkirin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirəcəkdir.

Konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi ilə keçirilir.

Konfransda Tusi yaradıcılığının müxtəlif sahələrinə, xüsusilə riyaziyyat, astronomiya, məntiqin tarixinə aid məruzələr ediləcək.

MÖVZULAR

  1. Riyaziyyatın və məntiqin tarixi.
  2. Astronomiyanın tarixi.
  3. Nəsirəddin Tusi dövründə orta əsr şərq elmi və mədəniyyəti.
  4. Riyaziyyat və astronomiyanın mövcud durumu və gələcəyə baxış.

MÜHÜM TARİXLƏR

  1. Məqalələrin qəbulu və qeydiyyatı – 15.04.2014 – 15.07.2014.
  2. Konfransın açılışı:  – 10.09.2014,  11 : 00
  3. Parametrlər: 1-8 səh, Microsoft Word, Times New Roman, şrift-14, interval- 1,5.

KONFRANSIN  KEÇİRİLƏCƏYI  YER

    1. Konfransın açılışı  AMEA  Rəyasət Heyətinin böyük zalında Bakı ş., İstiqlaliyyət küç., 10.
    2. 1,3, 4-cü seksiyalar Azərbaycan Universitetində,  2-ci seksiya isə Bakıdan 150 km məsafədə, Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsi – Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanasında keçiriləcəkdir.

 

QEYDİYYAT  FORMASI

Soyadı, adı ______________________________________________________

İşlədiyi təşkilat, ünvan  ___________________________________________

Elmi dərəcəsi _____________________________________________________

Məruzənin adı_____________________________________________________

Əlaqə telefonu ____________________________________________________

E-mail ____________________________________________________________

Otelə ehtiyac varmı? ________________________________________________

 

ƏLAQƏ

+994125396960 ,+994503030310

ali_babaev@ inbox.ru

Faydalı linklər