Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


16.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d., prof. Vaqif  Mirəhməd oğlu Mirsəlimov “Dağılmadan əvvəlki uc zonaları dəyişkən enli yarığın sahillərinin qarşılıqlı təsiri haqqında kontakt məsələ” mövzusunda məruzə edəcəkdir.
Elastiki deformasiya ilə ölçülən dəyişkən enli yarığı olan elastiki müstəvinin həcmi qüvvələrlə sıxılması haqqında müstəvi məsələsinə baxılır. Çatın sahilləri daxili təzyiqin təsiri altındadır. Uc zonalarının davamında plastik deformasiya olan çatın sahillərinin kontakt məsələsinə baxılmışdır. Kontaktın müəyyən hissəsində sahillərin bağlanmasının olduğu qəbul edilir. Qalan hissədə sürüşmə olması mümkündür. Normal və toxunan gərginliklər, kontakt zonaların ölçüləri təyin edilmişdir.

Faydalı linklər