Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


23.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Cəbr və riyazi məntiq” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Aydın İsrafil oğlu Şahbazov “Funksiyalar cəbrinin morfizmlərinin spektral xassələri” mövzusunda məruzə edəcəkdir.

Kompaktda təyin olunmuş funksiyalar cəbrində endomorfizmlərin, eləcə də çəkili endomorfizmlərin müntəzəm normaya görə bəzi spektral xassələri (xüsusulə  də kompaktlığı və kompakt olan halda spektrləri) əsasən keçən əsrin 70-ci illərindən başlayaraq konkret müntəzəm cəbrlərdə aktiv sürətdə araşdırılmağa başlanmışdır. Belə ki, H.Kamovits kompaktda təyin olunmuş kəsilməz funksiyaların C(X) müntəzəm cəbrində, eləcə də vahid diskdə təyin olunmuş analitik funksiyaların disk-cəbrində endomorizm və çəkili endomorfizmlər üçün kompaktlıq meyarlarını tapdı. Sonralar isə müxtəlif müəlliflər analoji meyarları müxtəlif konkret cəbrlərdə tədqiq etdilər. Daha sonralar biz çəkili endomorfizmlərin C(X) fəzasının qapalı alt fəzalarında kompaktlığı üçün şərtlər tapdıq və bu nəticənin tətbiqi ümumi halda müntəzəm cəbrlərdə, ələlxüsus analitik strukturlu müntəzəm cəbrlərdə yeni kompaktlıq (eləcə də nüvəlilik) meyarları verdi. Məruzədə bir çox müntəzəm cəbrləri əhatə edən və həm də çəkili tip endomorfizmlər üçün ümumi şəkildə spektral xassələr üçün (kompaktlıq, nüvəlilik və s.) meyarlar veriləcəkdir. Bundan əlavə müntəzəm cəbrlərlə digər funksiyalar cəbrləri arasında homomorfizmlərin kompaktlıq şərtləri araşdırılır.

Faydalı linklər