Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Aprelin 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.


Seminarda “Hardi operatoru üçün dəyişən üstlü Lebeq fəzalarında zəruri və kafilik şərtləri haqqında” mövzusunda  “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman Məmmədov məruzə edib.
Məruzə dəyişən üstlü Hardi bərabərsizliyi üçün müxtəlif zəruri və kafilik şərtlərinin araşdırılmasına həsr olunub. Həmin istiqamətdəki işlər  JMAA, ZAA, JİA kimi SCİ indeksli müxtəlif jurnallarda çap edilib. Nəticə  2014-də AAA jurnalında çapa qəbul olunub.

Faydalı linklər