Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Lənkəranda məktəblilərlə 28 May-Respublika Gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirmişdir.


“MƏNTİQLƏ DÜŞÜN” DEVİZI ALTINDA BİLİK YARIŞMASI LƏNKƏRAN ŞƏHƏRİNDƏ Azərbaycan Milli Elmlər AkademiyasıNIN (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Lənkəranda məktəblilərlə 28 May-Respublika Gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirmişdir.

Əvvəlcə Lənkəranda Heydər Əliyev Mərkəzini ziyarət edən institutun gənc alimləri Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə bir daha tanış olmuşlar.
Sonra Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbində təşkil olunmuş tədbirdə gənc alimləri və yarış iştirakçılarını məktəbin direktoru Akif Xalıqov salamlamış, Respublika günü münasibəti ilə təbrik etmişdir. Daha sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev institutun strukturu və görkəmli alimləri haqqında məktəblilərə məlumat vermiş, şagirdlərə uğurlar arzulamışdır. Yarışda Lənkəranın 5 təhsil ocağının-şəhər 4, 7, 10 nömrəli, Şürük və Xolmili kənd tam orta məktəblərinin şagirdləri bilik və bacarıqlarını nümayiş etdirmişlər. Bilik yarışmasında daha inamlı oyun nümayiş etdirən şəhər 10 nömrəli, Xolmili və Şürük kənd tam orta məktəblərinin komandaları birinci, ikinci və üçüncü yerləri tutmuşlar.
Sonda yarış iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilmişdir.

Faydalı linklər