Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


04.06.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı, f-r.e.n.

Miqdad İmdad oğlu İsmayılov “ Freymin ümumiləşdiril-məsi və onun dayanıqlığı” mövzusunda  məruzə edəcəkdir.

Son zamanlar tətbiq nöqteyi baxımından freymlərin öyrənilməsinə maraq sürətlə artıb. Qeyd edək ki, freymlər qeyri harmonik Furye sıraları nəzəriyyəsinin öyrənilməsində Daffin və Şeffer tərəfindən 1952-ci ildə verilmişdir. Freymlərə məşhur P. Casazza,  O. Christensen, R. Balan, A. Aldrobi  və s.  riyaziyyatçıların çoxlu sayda işləri həsr edilmişdir. Banax fəzalarına freymin köçürülməsi ilə  G. Gröchenig tərəfindən atomar ayrılış və Banax freymi daxil edilmişdir. Freymin g freym, xd-freym, g-Banax  freym  ümumiləşdirilmələri vardır.  Freymlərin öyrənilməsində dayanıqlıq məsələsi və freym üzrə  bərpaedici düsturun alınması vacib məsələlərdir.

Faydalı linklər