Oktyabrın 1-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “A.Q.Kostyuçenko məsələsi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Oktyabrın 1-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Bilalov “A.Q.Kostyuçenko məsələsi” mövzusunda məruzə edib.
Məruzə diferensial operatorların spektral nəzəriyyəsinin A.Q.Kostyuçenko məsələsinə həsr olunuşdur. Məruzədə məsələnin əhəmiyyəti açıqlanmış və bu məsələnin öyrənilməsi ilə bağlı çətinliklər göstərilmişdir. Sonda bu məsələyə dair həll olunmamış suallar əlavə edilmişdir.