Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


15.10.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin əməkdaşı, f-r.e.d, prof. İbrahim Mayıl oğlu Nəbiyev “Diffuziya operatoru üçün kvaziperiodik tərs məsələnin həlli” mövzusunda məruzə edəcəkdir.

Məruzədə kvaziperiodik sərhəd şərtli diffuziya operatoru üçün spektral analizin tərs məsələsinin tam həll olunması haqqında danışılacaq. Tərs məsələnin həlli üçün yeganəlik teoreminin isbati və müəyyən həqiqi ədədlər ardıcıllığının kvaziperiodik diffuziya məsələsinin spektrinin olması üçün tapılmış kafi şərtlər haqqında məlumat veriləcəkdir.

Faydalı linklər