Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib


​Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Azərbaycan Dövlət Neft Akademiyasının dissertantı Mehman Əkbərov və AMEA Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Rəşad Allahverdiyev mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər. Mehman Əkbərov “Sualtı boru kəmərinin böyük dərinliklərə salınmasının texnoloji variantlarının nəzəri və praktiki əsaslandırılması” mövzusunda, Rəşad Allahverdiyev isə “Zolaqda çatların əmələ gəlməsinin və inkişafının modelləşdirilməsi və hesabatı” mövzusunda dissertasiya işi müdafiə edib.
​Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Faydalı linklər