Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi


12 noyabrda AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilimişdir. İclasda “Diferensial tənliklər” və “Sürüncəklik nəzəriyyəsi” şöbələrinin illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilmişdir.
Elmi şurada AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəsmi internet səhifəsinin (www.imm.az) hesabatında “Hesablama Riyaziyyatı və İnformatika” şöbəsinin elmi işçisi Aynurə Cəfərova il ərzində görülmüş işlər barəsində ətraflı məlumat vermişdir. Hesabatda imm.az saytının dizaynı, proqram təminatı, məlumat bazası və təhlükəsizlik sisteminin yenilənməsi, institut əməkdaşalarına rəsmi email ünvanının açılması və s. qeyd olunmuşdur.
Sonda Elmi Şura üzvləri institutun doktoranturasına qəbul olan 4 nəfərin elmi rəhbərlərini və mövzularını təsdiq etmişdir.

Faydalı linklər