Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Ulduz tip qraflarda kompleks Hill operatorunun spektral analizi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Noyabrın 19-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Ulduz tip qraflarda kompleks Hill operatorunun spektral analizi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Rakib Əfəndiyev məruzə edib.
Məruzədə Hill operatoru üçün qeyri kompakt ulduz tip qraflarda spektral analiz məsələsindən danışılıb. Operatorun spektri öyrənilmiş, potensialların bərpası üçün yeganəlik teoremi daxil edilmişdir. Tərs məsələnin konstruktiv həlli tapılmışdır.

Faydalı linklər