Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə edilib. “Cəbr və riyazi məntiq”, “Funksiyalar nəzəriyyəsi”, “Maye və qaz mexanikası”, “Dalğa dinamikası”, “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbələrinin 2015-ci ilin birinci rübü üzrə elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinlənilib. Bu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üçün doktoranturaya və dissertanturaya qəbul planının layihəsi müzakirə edilib. Daha sonra AMEA-nın müxbir üzvü, prof. Qeylani Pənahov və prof. Əkbər Əliyev ezamiyyətləri barəsində hesabat veriblər.
İclasın sonunda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar işçilərin pilləli iş vaxtı rejimləri müəyyən olunub.

Faydalı linklər