Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Banax fəzalarının düz cəmində bazis qurmağın bir üsulu” mövzusunda Ümuminstitut seminarı keçirildi


Mayın 27-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Banax fəzalarının düz cəmində bazis qurmağın bir üsulu” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Telman Qasımov məruzə edib.

Məruzədə Banax fəzasının alt fəzalarının düz cəminə ayrılışına baxılıb. Alt fəzaların bazisindən çıxış edərək fəzanın bazisinin alınmasının bir üsulu təklif olunub. Alt fəzaların izomorf olduğu və bu izomorfizmin tələb olunmadığı hallara ayrılıqda baxılıb. Həmçinin müvafiq sistemlərin tamlıq, minimallıq və müntəzəm minimallığına baxılıb.

Faydalı linklər