Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-xətti dalğa tənliklərinin məhdud və sonlu zamanda dağılan həlləri” mövzusunda keçirilən Ümuminstitut seminarı AMEA-nın 70 illiyinə həsr olunmuşdur


 AMEA-nın 70 illiyinə həsr olunmuş Ümuminstitut seminarında Koç Universitetinin professoru Varqa Kələntərov “Qeyri-xətti dalğa tənliklərinin məhdud və sonlu zamanda dağılan həlləri” mövzusunda məruzə edib.
Məruzədə qeyri-xətti Kıein-Qordon tənliyi, Kirçhof tənliyi, qeyri-xətti qüvvətli dissipatif dalğa tənliyi və uyğun sistemlər üçün başlanğıc sərhəd məsələlərin ixtiyari böyük başlanğıc enerjiyə malik olan dağılan həllərinin varlığı isbat olunur. Geniş sinif qeyri-xətti dalğa tənlikləri üçün uyğun başlanğıc sərhəd məsələlərin dağılmayan həllərin zamana görə müntəzəm məhdud olduğu isbat olunur.

 

Faydalı linklər