Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Vəli oğlu Hüseynova Prezidentin fərdi təqaüdü verildi


İlham_ƏliyevAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Hüseynov Emil Kamiloviç

Hüseynov Rauf Vəli oğlu

Qasımov Rafiq Yunisəli oğlu

Mahmudov Hikmət İsmayıl oğlu

Rüstəmov Musa İsmayıl oğlu

Rzayev Bayram Zülfüqar oğlu

Salahov Mustafa Səttər oğlu

Vəlixanova Fəridə Ağa Əli qızı

 

İnstitutumuzun kollektivi adından Rauf müəllimi təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik!

Faydalı linklər