Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Çоxölçülü riyazi-fizika məsələlərinin yeni həll üsülu” mövzusunda  Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin böy. elmi işçisi f.r.e.n. dos. M.B. Rəsulov “Çоxölçülü riyazi-fizika məsələlərinin yeni həll üsülu” mövzusunda məruzə edib.

Məruzədə əsas etibari ilə coxölçülü riyazi-fizika məsələlərində bircins həllər sinfi araşdırılır.
İş müəllifin vaxtilə ikiölçülü dalğa tənlikləri üçün almış olduğu yeni (-1) tərtibli bircins, fundamental həllin tətbiqinə həsr olunur. Bu həllin xassələri, riyazi -fizika məsələsinin Laplas-Furye ikiqat transformatı ilə ifadə olunmuş həllərini, yalnız əmsalı və arqumentini əvəz etməklə orijinalа cevirməyə imkan verir. Yeni həllin bu və digər xassələrinin tətbiqi xüsusi törəməli differensial tənliklərin adi diferensial tənliklərə gətirilməsinin yeni bir üsulunun təqdim edilməsi nəzərdə tutulur.

Faydalı linklər