Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


25.11.2015-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında aparıcı elmi işçi, r.f.d. Rafiq Teymurov “Bir sinif parabolik tip tənlik üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələsinin həlli” mövzusunda məruzə edəcəkdir.
Məruzədə vəziyyəti parabolik tip tənliklə və adi diferensial tənliklər sistemi ilə təsvir olunan idarəetmə sistemlərində istilik mənbələrinin optimal idarə edilməsi məsələsinə baxılır. Optimal idarəetmə məsələsinin həllinin varlığı və yeganəliyi əsaslandırılır, funksionalın Freşe mənada diferensiallanan olması isbat edilir, qradiyent üçün düsturlar alınmaqla nöqtəvi və maksimum prinsipi şəklində optimallıq üçün zəruri şərtlər təyin edilir, məsələnin ədədi həlli üçün alqoritmlər qurulur. Alınmış nəzəri nəticələrin neftçıxarma proseslərində laydaxili yanma proseslərinin optimal idarə edilməsi məsələsinə tətbiqi göstərilir.

Faydalı linklər