Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


25.11.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-Fizika tənlikləri” şöbəsinin böyük elmi işçisi r.e.d. dos. İlham V.Əliyev “Spektral parametr daxil olan qeyri-requlyar diferensial operatorların tədqiqi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə diferensial tənliklər üçün qeyri-lokal sərhəd şərtli diferensial operatorun müxtəlif xassələri haqqında danışılacaq. Belə ki, tənliyə spektral parametr daxil olan halda uyğun bircins olmayan tənliyin həllinin qiymətləndirilməsi məsələləri araşdırılmış və operatorun rezolventası üçün koersitiv olmayan qiymətləndirmələr alınmışdır. Adətən bu növ məsələlərə çox vaxt Bitsadze – Samarski tip məsələlər, yaxud lokal olmayan sərhəd şərtli məsələlər də deyilir.
Xüsusi halda, inteqral tipli sərhəd məsələləri öyrənilir. Belə məsələlər həm adi diferensial tənliklər, həm xüsusi törəməli tənliklər, həm də operator diferensial tənliklər üçün tədqiq edilmişdir.Bu sahədə nəşr olunan işlərlə müqayisələr göstərilir.A.A.Skubaçevskinin və onun tələbələrinin son illər nəşr etdirdikləri məqalələrə münasibət məruzədə öz əksini tapacaqdır.Həmçinin, belə məsələlər üçün məxsusi və qoşulmuş funksiyaların bütün fəzada tamlığı öyrənilmişdir.

Faydalı linklər