Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


Avstriya Elmlər Akademiyası “Joint Excellence in Science and Humanities (JESH)” proqramı çərçivəsində son on il ərzində doktorantura pilləsini başa çatdırmış və öz ölkəsində hər hansı tədqiqat müəssisəsində çalışan gənc alimlərə 2-6 ay müddətində Avstriyanın tədqiqat mərkəzlərindən birində tədqiqat aparmaq üçün imkan yaradır. Tədqiqat səfəri həmin qurum tərəfindən verilən təqaüd hesabına maliyyələşdiriləcəkdir.
Təqaüd proqramı haqqında ətraflı məlumatı Avstriya Elmlər Akademiyasının (http://www.oeaw.ac.at/en/fellowship-fundinq/promotional-proqrammes/ioint-excellence- in-science-humanities/) internet səhifəsindən və Riyaziyyat və Mexanika İnstitutunun Beynəlxalq əlaqələr şöbəsində almaq mümkündür.
Təqaüd proqramı üçün namizədləriniz haqqında məlumatı 8 iyul 2016-cı il tarixinədək Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim etməyinizi xahiş edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər