Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


28.09.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında dosent Rza Çingiz oğlu Mustafayev “Maksimal kommutator və maksimal funksiyanın kommutatoru üçün Morri fəzalarında zəif-tipli qiymətləndirmələr” mövzusunda məruzə edəcəkdir.

Məruzədə M Hardi-Litlvud maksimal operatorunun ML(logL), λ(ℜnZiqmund-Morri fəzalarında 0 < λ< n üçün məhdud olmadığı, M maksimal operatorunun Ziqmund-Morri fəzalarında radial azalan funksiyalar üçün məhdud qalması və iterativ maksimal operator M2 – nın ML(logL), λ (ℜnZiqmund-Morri fəzasından  WML(logL),λ (ℜnzəif Ziqmund-Morri fəzasına məhdud təsir göstərdiyi müzakirə olunacaqdır. Cb maksimal kommutatorunun ML(logL),λ(ℜnfəzasından  WML(logL),λ (ℜnfəzasına məhdudluğunu təmin edən b  funksiyalar sinifi xarakterizə edilmişdir. b ∈ BMO (ℜn) və bL(ℜnşərti daxilində [M, b]  kommutator operatorunun ML(logL), λ(ℜnfəzasından WML(logL),λ (ℜnfəzasına məhdudluğu isbat edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər