Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Optimal idarəetmə” şöbəsinin seminarı keçirilib


22.09.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin onbirinci seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi Rafiq Teymurov «QEYRI-LOKAL INTEQRAL SƏRHƏD ŞƏRTLI PARABOLIK TƏNLIKLƏR ÜÇÜN BƏZİ OPTIMAL IDARƏETMƏ MƏSƏLƏLƏRI» mövzusunda məruzə edib.
Məruzədə vəziyyəti qeyri-lokal inteqral sərhəd şərtlı parabolik tənliklə təsvir olunan sistemlər üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələlərinə baxılır. Məsələnin həllinin varlığı və yeganəliyi isbat edilib, məqsəd funksionalının Freşe mənada diferensiallanan olması üçün kafi şərtlər təyin edilir və onun qradiyenti üçün düsturlar tapılır, optimallıq üçün zəruri şərtlər alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər