Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri bircins məsaməli mühitlərdə köçmə məsələləri və onların həlləri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında AMEA-nın müxbiri üzvü, t.e.d. Qeylani Pənahov “Qeyri bircins məsaməli mühitlərdə köçmə məsələləri və onların həlləri” mövzusunda məruzə edib.
Məruzədə heterogen sistemlərin məsaməli mühitdə axın və süzülmələrdə köçmə prosesləri ilə müşahidə olunması haqqında danışılıb. Köçmə hallara kolmatasiya, adsorbsiya, suffoziya, desorbsiya və s. misal göstərmək olar. Belə proseslər neft-qaz yataqların istismarında vacib rol oynayır. Heterogen karbohidrogen sistemlərin məsaməli mühitlərdə ancaq kolmatasiya və adsorbsiyası axının tamamilə kəsilməsinə gətirib çıxarda bilər. Belə proseslərin tədqiqi və tənzimlənməsi üçün innovativ yolların, yeni texnoloji işləmələrin yaradılması öndə duran məsələlər olduğundan, məruzədə bu istiqamətlərə baxılmışdır. Məsamələrdə məhlulların adsorbsiyası baş verərsə burada desorbsiya, kolmatasiya prosesi olduğu halda isə mütləq suffoziyanın nəzərə alınması labüddür. Belə proseslərlə axınların tənzimlənməsi mümkün olur. Bu proseslər kinetik, diffuziya, teleqraf və s. tənliklərlə yazılaraq Koşi məsələlərinə gətirilərək analitik və təqribi həll olunmuşdur. Adsorbsiya-desorbsiya və kolmatasiya-suffoziya proseslərin öyrənilməsi bizə, neft-qaz çıxarmada sıxışdırmada əhatə dairəsinin genişləndirməsi məqsədilə müntəzəm köpük yaradılması, gilli süxurlarda adsorbsiya olunmuş qazın tükənmə müddətini gözləmədən çıxarılmasına nail olunması və neftveriminin intensivləşdirilməsini təmin edilməsi üçün innovativ texnologiyaların yaradılması məsələlərin həllərinə imkan yaradacaqdır. Burada layın lazımı nöqtəsində müxtəlif fazalarda qaz-maye sistemlərin alınması şərtləri tapılmışdır.
Məruzədə həmçinin bəzi tədqiqat-tətbiq işlərin qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər