Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


14.10.2016-cı il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarında şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Ümumiləşmiş çəkili Orlic-Morri fəzasında maksimal operator və onun komutatoru” mövzusunda məruzə edəcəkdir.
Məruzədə ümumiləşmiş çəkili Orlic-Morri fəzalarında Hardi-Littlevud maksimal operatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılacaqdır. Həmçinin vektor qiymətli Hardi-Littlevud maksimal operatorunun məhdudluğu da müzakirə olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər