Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya Şurasında riyaziyyat və mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iki dissertasiya işi müdafiə edilib


14 oktyabr 2016-cı il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının növbəti iclasında Nəsibova Natəvan Polad qızının “Dəyişən dərəcəli Lebeq fəzalarında kompleks əmsallı eksponent sistemindən ibarət bazislər” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru və Emin Telman oğlu Bağırovun “Konstruksiya elementlərinin temperaturunun qeyri-stasionar dəyişilməsində korroziyadan çatlaması” mövzusunda 2002.01- Deformasiya olunan bərk cism mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin müdafiələri AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında keçirilib. Dissertasiya işləri müsbət qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər