Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan dünya riyaziyyatı kontekstində: Yeni baxış


%d0%be%d0%b1%d0%bb%d0%be%d0%b6%d0%ba%d0%b0-%d0%bf%d1%81%d0%bc%d0%b0Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və “Elmi-texniki informasiya” şöbəsinin müdiri, professor Ramiz Aslanovun Moskvanın “Prometey” nəşriyyatında “Azərbaycan riyaziyyatının sələfləri” adlı kitabı çap olunub.
Kitab Azərbaycanın riyaziyyat məktəbinin görkəmli nümayəndələrinin həyatına, yaradıcılığına və elmi nəticələrinə həsr olunmuşdur. Oçerklərdə təqdim olunan materiallar və bir çox faktlar ilk dəfə bu kitabda öz əksini tapmışdır. 516 səhifədən ibarət olan kitabda Nəsirəddin Tusi, Məmməd bəy Əfəndiyev, Vladimir Tartakovski, Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, Fəraməz Maqsudov, Mirabbas Qasımov, Mais Cavadov, Yaraslav Lapatinskiy kimi böyük alimlərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Kitabın sonunda yer alan fotoqalereya xüsusi diqqətə layiqdir, burada dörd yüzdən çox fotoşəkil toplanıb.
Kitabda həmçinin Azərbaycan riyaziyyat mərkəzinin formalaşmasından, inkişafından, respublikanın ən böyük elm adamlarının taleyindən və müxtəlif ölkələrdən olan həmkarları ilə əməkdaşlıqdan danışılır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər