Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 3-cü mühazirə keçirildi


muhazire3AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Üçüncü mühazirə martın 9-u saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirildi.
Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunda çıxış etdi.

Mühazirədə birləşmələr nəzəriyyəsinin əsas elementləri, tətbiqləri haqqında məktəb kursuna daxil olan və digər kombinator məsələlər populyar dildə şərh olundu.

“Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunda keçirilən mühazirədə baxılan məsələlər >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər