Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Ümumi yığıncağı keçirilib


Bu gün Akademiyanın Əsas binasında keçirilən Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimat mərasimi keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, Nazirlər kabinetinin şöbə müdiri İsmayıl Sadıqov, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva və müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Akademiyanın fəaliyyətini əks etdirən elmi nailiyyətlər sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər