Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


03.05.2017-ci il saat 15:00-da Ümuminstitut seminarında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının proffessoru Mirzəyev Q.A. “Ümumiləşmiş Yakobi matrisləri polinomial əmsallı adi diferensial operatorların matris göstərilişi kimi” mövzusunda məruzə edəcəkdir.
Məruzə L2(-∞;+∞) fəzasında polinomial əmsallı xətti diferensial ifadələrin doğurduğu minimal diferensial operatorların matris göstərilişinə həsr olunmuşdur. İrrequlyar diferensial ifadələr halı, yəni bu ifadənin yüksək tərtibli törəməsi qarşısındakı əmsalının sıfıra bərabər olan halı da araşdırılmışdır. Riyazi ədəbiyyatdan yaxşı məlumdur ki, Çebışev-Ermit funksiyaları bu operatorların matris göstərilişinin bazisidir və nəticədə ümumiləşmiş Yakobi matrisləri alınır (bax. А.Г. Костюченко, К.А. Мирзоева // Функц. анализ и его прил., 1999, т. 33, в.1, с. 30–45). Simmetrik diferensial ifadələr halında belə göstəriliş, məsələn M.Q. Kreyn mənada defekt ədədi (m,m) olan n tərtibli diferensial operatorların tam dərəcələrini qurmağa imkan verir, belə ki, m>n halı da mümkündür.
Məruzədə həmçinin, adi diferensial operatorların spektral nəzəriyyəsində həll olunmamış bəzi məsələlərdən də məlumat veriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər