Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Ali riyaziyyat”  beşcildli dərs vəsaitinin birinci cildi çapdan çıxıb


Ali-riyaziyyat1Bu günlərdə Moskva şəhərində OOO “Prondo” nəşriyyatında AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi–Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanovun, Nijnikov A.İ, Muxanova A.A., Muxanov S.A və AMEA RMİ “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Toğrul Muradovun müəllifliyi ilə “Ali riyaziyyat” (məsələlər və misallar) beşcildliyin 5.1. cildi çapdan çıxmışdır. Vəsait ФГОС ВПО proqramına əsasən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi tövsiyə edilmişdir (050100 – Pedaqoji təhsil üzrə, “Fizika və İnformatika”, “Texnologiya və İnformatika”, “İnformatika”).

Vəsaitə xətti cəbr və analitik həndəsə, limit və törəmə, birdəyişənli funksiyanın inteqral hesabi və çoxdəyişənli funksiya  bölmələri daxildir. Dərs vəsaitindən “Keyfiyyətin idarəedilməsi”, “Metrologiya və standartlaşma” və “İnnovasiya” istiqamətlər üzrə də istifadə etmək olar.  Dərs vəsaitinə Rusiya Federasiyasının Əməkdər elm xadimi, Təhsil üzrə RF Prezidenti laureatı, professor A.G. Mordkoviç (Moskva Şəhər Pedaqoji Univ.) və professor M.V. Şamolin (M.V. Lomonosov adına Moskva Dövlət Universiteti) rəy vermişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər