Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

”Riyazi fizika tənlikləri” şöbəsinin ”Li qrupu və onun diferensial tənliklərə tətbiqi” mövzusunda seminarı keçirilib


”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda şöbənin böyük elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Elçin Musa oğlu Məmmədov ”Li qrupu və onun diferensial tənliklərə tətbiqi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə zamanı Li qrupu haqqında məlumat verilmiş və onun diferensial tənliklərə tətbiqi göstərilmişdir. Qrupun invariantının köməyi ilə xüsusi törəməli diferensial tənliyin adi diferensial tənliyə necə gətirilməsi müzakirə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər