Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


“Qeyri-harmonik analiz” şöbəsinin “Triqonometrik sistemlərin çəkili Morrey fəzasında bazislik xassəsi” mövzusunda seminarı keçiriləcəkdir.
17.05.2017-ci il tarixində saat 11:30-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d. Əli Abbas oğlu Hüseynli “Triqonometrik sistemlərin çəkili Morrey fəzasında bazislik xassəsi” mövzusunda məruzə edəcəkdir.
Məruzə klassik triqonometrik və eksponensial sistemlərin çəkili Morrey fəzasında bazislik xassələrinin (tamlıq, minimallıq və bazis əmələgətirmə) tədqiqinə həsr olunub, burada çəki funksiyası olaraq qüvvət funksiyalarının hasili götürülür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər