Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Kəsilməz funksiyalar fəzasının cəbrlər cəmi şəklində göstəriliş məsələsi” mövzusunda  Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov “Kəsilməz funksiyalar fəzasının cəbrlər cəmi şəklində göstəriliş məsələsi” mövzusunda məruzə edib.
Məruzədə Hausdorff kompaktında təyin olunmuş həqiqi qiymətli kəsilməz funksiyalar fəzasının həmin fəzanın altcəbrləri cəmi şəklində göstəriliş məsələsi təhlil edilib, belə göstərilişin mümkünlüyü üçün zəruri və kafi şərtlər haqqında danışılıb. Qeyd edək ki, cəm yalnız bir toplanandan ibarət olduqda məlum nəticə Marşal Stouna məxsusdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər