Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Optimal İdarəetmə” şöbəsinin “Xətti proqramlaşdırma məsələləri üçün Simpleks metodun tətbiqi” mövzusunda seminarı keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun, Optimal İdarəetmə şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Məmmədov Eldar Şamil oğlu “Xətti proqramlaşdırma məsələləri üçün Simpleks metodun tətbiqi” mövzusunda məruzə edib.

Məruzədə Xətti Proqramlaşdırma (X.P.) məsələsinin həlli üçün Simpleks metodun mahiyyəti, bu metodun iterativ metod kimi üstünlükləri, hazırki dövrdə mövcud olan uyğun kompüter proqramları vasitəsilə ilə həlli metodikası haqqında məlumat verilib. X.P. məsələsində ≤; ≥ və = işarələrinin hamısının iştirak etdiyi qarışıq şəkildə verilməsi halında və ümumi kanonik şəkildə verildiyi halda, bazis dəyişənlərinin birbaşa seçilməsi mümkün olmadığı halda məsələdə əlavə hesablamalar və sadələşdirmələr aparmadan yeni süni bazislər əlavə etməklə məsələnin həlli üsulu öyrənilib. X.P. məsələsində iştirak edən dəyişənlərin üzərində həm aşağıdan və həm də yuxarıdan sərhəd olduğu məsələlərdə dəyişənlərin sayını artırmadan iterativ metodun tətbiq oluna bilməsi öyrənilib. Simpleks metodun tətbiqi zamanı iterasiyanın sonlu və ya sonsuz olması halları araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər