Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin “Şredinger operatorunun doğurduğu Marçinkeviç inteqralı və onun kommutatorunun sıfırlanan ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda seminarı keçirilib


Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Şredinger operatorunun doğurduğu Marçinkeviç inteqralı və onun kommutatorunun sıfırlanan ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda məruzə edib.
Məruzədə Şredinger operatorunun doğurduğu Marçinkeviç inteqralı və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu, həmçinin sıfırlanan ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün (φ12) üzərinə qoyulmuş kafi şərtlər haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər