Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Növbəti mühazirə mayın 25-i saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək.
Mühazirədə Akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi f.r.e.n. Həsənov Əkbər Cümşüd oğlu “Müstəvi üzərində ikitərtibli əyrilər və onların tətbiqi “mövzusunda mühazirə oxuyacaq.
Mühazirədə ikitərtibli əyrilərdən elleps, hiperbola və parabolanın həndəsi tərifindən istifadə edərək, onların kanonik tənliklərinin çıxarılışı və bəzi tətbiqləri veriləcək.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər