Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Təqvim


Təqvim – ilk baxışda vaxtı hesablamaq heç də çətin deyil. Amma diqqətlə fikir verəndə bu, heç də asan məsələ deyil. İl Yerin öz orbiti üzrə Günəş ətrafında tam bir dövrə vurduğu vaxtdır. Astronomlar hesablayıblar ki, bu müddət 365 sutka 5 saat 48 dəq 46 saniyədir. Əlbəttə, bir ildəki sutkaların sayı tam olsaydı daha yaxşı olardı. Çətinlik də bir ildəki sutkaların sayının tam olmamasındadır.
İlk dəfə vaxtın hesablanmasına qayda-qanun gətirən b.e.ə. I əsrdə Roma imperatoru Y. Sezar olmuşdur. Bu işdə ona İskəndəriyyəli astronom Sozigen kömək etmişdir.
Y. Sezarın təqviminə görə hər 4 ildən 3-ü 365 gün (qısa il), 1-i 366 gün (uzun il) olurdu. Sezar təqvimində ilin orta uzunluğu 365 sutka 6 saat idi. Bu da bir ilin həqiqi uzunluğundan 11 dəqiqə 14 saniyə çox idi. Buna görə də artıq XV əsrdə yeni ilin daxil olması astronomik yeni ildən 10 sutka geri qalırdı.
Növbəti Təqvim islahatı Roma papası XIII Qriqori tərəfindən həyata keçirildi. 1582-ci ildə hər ayın tarixi 10 gün sürüşdürüldü (artırıldı), qısa və uzun illərin növbələşməsi saxlanıldı. Qərara aldılar ki, illərin nömrələrindən hansı biri iki sıfırla bitirsə və yüzlüklərin sayı 4-ə bölünmürsə, o ili uzun il yox, qısa il hesab etsinlər. Bu təqvimə görə, məsələn, 1900-cü qısa il, 2000-ci il uzun il olmalıdır (Halbuki 1900 və 2000 ədədləri 4-ə bölündüyü üçün hər iki il uzun il olmalı idi).
Çox maraqlı Təqvim orta Asiya riyaziyyatçısı və şairi Ömər Xəyyam (1048-1122) tərəfindən təklif olunmuşdur. Bu Təqvim görə hər 32 ildən deyil, hər 33 ildən 8-i uzun il olmalıdır.
Ömər Xəyyama görə 1 il =365 · 8/33 sutkadır. Onun xətası 1 ildə cəmi 19 saniyədir.
İl və gündən başqa Yerdə daha bir sabit dövri proses var. Bu, ay fazalarının dəyişməsidir. Bu əsasda yaradılan Təqvim bir il 12 aya bölünür. İndiyə kimi bir sıra müsəlman ölkələrində işlədilən ay Təqvim bu hadisəyə əsaslanır.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər