Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA və İtaliya Milli Tədqiqat Şurası birgə müsabiqə elan edir


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün müsabiqə elan olunur.
Müsabiqəyə əsasən aşağıdakı sahələr üzrə layihə təklifləri təqdim edilməlidir:
– Yer sistemi elmləri və ətraf mühit texnologiyaları;
– Biologiya, kənd təsərrüfatı və ərzaq elmləri;
– Kimya elmləri və materiallar texnologiyası;
– Fizika elmləri və maddələr texnologiyası;
– Biotibb;
– Mühəndislik, İKT və enerji texnologiyaları;
– İctimai və humanitar elmlər, mədəni irs .
Layihələr İtaliyanın müvafiq elmi təşkilatlarından olan alimlərlə birgə ingilis dilində hazırlanmalıdır.
AMEA və İMTŞ tərəfindən seçiləcək layihələr 2 il müddətinə illik 6000 avro dəyərində qranta layiq görüləcək. Ayrılan maliyyə vəsaiti layihə çərçivəsində İtaliyaya səfər xərclərinin ödənilməsinə sərf ediləcək.
Müsabiqəyə layihə təklifləri üçün ərizə forması 8 may 2017-ci il tarixindən – 30 iyun 2017-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən qəbul edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər