Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


30.05.2017-ci il tarixində saat 11:00-da “Hesablama riyaziyyatı və informatika” şöbəsinin növbəti seminarında böyük elmi işçi, t.e.n. Sadıxov Vüqar Vaqif oğlu   “MATLAB proqramlaşdırma mühitində elektrik intiqalının idarəetmə interfeysinin yaradılması. Polimerlərin keyfiyyətinə nəzarət məsələlərinə tətbiqi” mövzusunda məruzə ilə çıxış edəcək.

 Məruzədə sabit cərəyan intiqallarının rejim parametrlərinə avtomatik nəzarət və idarə funksiyalarının geniş əhatə dairəsini həyata keçirən proqram kompleksi diqqətə çatırılır.  “MATLAB & SIMULINK” modelləşdirmə şablonundan istifadə xüsusiyyətləri və effektivliyi göstərilir. Yaradılmış interfeysin polimer sintezi proseslərində keyfiyyətə nəzarət və proqnoz məsələlərinin riyazi təminatının tərkib elementi olduğu göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər