Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


31 may 2017-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı, dos. Bağırov Şirmayıl Həsən oğlu “Xarici oblastda bəzi yarım-xətti elliptik və parabolik tənliklərin qlobal həllərinin varlığı” mövzusunda çıxış edəcək.
Məruzədə kompaktın xarici olan oblastda bəzi yarım-xətti elliptik, parabolik tənliklər üçün Fudjita tipli nəticələr haqda müəllifin son dövrlərdə aldığı nəticələr haqqında məlumat veriləcək. Əsasən qeyri xəttiliyin xarakterindən asılı olaraq qlobal həllin (hər yerdə təyin olunan həll) varlığı məsələsi üçün alınmış nəticələr müzakirə ediləcək. Qlobal həllin yoxluğu üçün alınmış qiymətləndirmələr haqda danışılacaq və konkret misal üzərində alınmış qiymətləndirmənin dəqiqliyi göstəriləcək.
Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər