Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Gənc Riyaziyyatçılar məktəbi Nyuton binomu və birləşmələr nəzəriyyəsində qrafiki üsullar mövzusunda seminar keçirəcək. Seminar iyun 1-i saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək.
Seminarı Türkiyə Dəyanət Vəkfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Əlizadə Səhər aparacaq.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər