Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilir


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış Əməkdaşlıq Müqaviləsi üzrə Müştərək Proqram çərçivəsində AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilir.
Müsabiqə zamanı Qara dəniz və Xəzər dənizi regionlarının mədəniyyəti, iqtisadiyyatı və enerji təhlükəsizliyi sahələrini əhatə edən layihə təkliflərinə üstünlük veriləcəkdir.
Layihələr BEA-nın müvafiq elmi təşkilatlarından olan alimlərlə birlikdə ingilis dilində hazırlanmalıdır. Seçilən layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində Bolqarıstana ezamiyyət xərclərini qarşılamaq üçün nəzərdə tutulur.
Layihə təklifləri 30 may 2017-ci il tarixindən 30 iyul 2017-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən Azərbaycan və ingilis dillərində qəbul edilir.
Tel.: (+99412) 492 66 51,
Email: [email protected]

Ərizə formasını buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər