Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib


AMEA  Riyaziyyat və Mexanika İnstitutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov 19.05.2017-20.05.2017-ci il tarixlərində Başqırdstan Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən “Modern Mathematics and its Applications” konfransında iştirak edib. Konfransda “Statistik yığılma, onun ümumiləşməsi, kəsilməz hal və Furye-Stiltyes çevirməsinə tətbiqi” mövzusunda plenar məruzə ilə çıxış edib.
Sonra 24.05.2017-27.05.2017-ci il tarixlərində professor Bilal Bilalov Başqırdstan Dövlət Universitetində keçirilən SSSR Elmlər Akademiyasının müxbir üzvü A.F.Leontyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Konfransda “Həyəcanlanmış triqonometrik sistemlərin bazislik məsələlərində sərhəd məsələsi metodu və onun bəzi abstrakt ümumiləşmələri” mövzusunda məruzə edib.
Ezamiyyə zamanı professor Bilal Bilalov Başqırdstan Pedaqoji Universitetinin professoru, Rusiyanın əməkdar elm xadimi Yaudat Sultanayev, Başqırdstan Dövlət Universitetinin professoru Azamat Axtyamov, Başqırdstan Dövlət Universitetinin “Riyazi məntiq və Cəbr” kafedrasının müdiri, professor Bulat Habibullin və digərləri ilə elmi müzakirələr aparmış, gələcəkdə “Tam funksiyalar nəzəriyyəsi metodlarının operatorlar nəzəriyyəsinə tətbiqi” mövzusunda birgə elmi araşdırmaların aparılması üzrə razılığa gəlinmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər