Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin “Xarici oblastda bəzi yarım-xətti elliptik və parabolik tənliklərin qlobal həllərinin varlığı” mövzusunda seminarı keçirilib


 “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı, dos. Bağırov Şirmayıl Həsən oğlu “Xarici oblastda bəzi yarım-xətti elliptik və parabolik tənliklərin qlobal həllərinin varlığı” mövzusunda çıxış edib.
Məruzədə kompaktın xarici olan oblastda bəzi yarım-xətti elliptik, parabolik tənliklər üçün Fudjita tipli nəticələr haqda müəllifin son dövrlərdə aldığı nəticələr haqqında məlumat verilib. Əsasən qeyri xəttiliyin xarakterindən asılı olaraq qlobal həllin (hər yerdə təyin olunan həll) varlığı məsələsi üçün alınmış nəticələr müzakirə edilib. Qlobal həllin yoxluğu üçün alınmış qiymətləndirmələr haqda danışılıb və konkret misal üzərində alınmış qiymətləndirmənin dəqiqliyi göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər